Paşinyan: "Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların icrasına başlamaq lazımdır"

“Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, hər iki ölkədən olan xüsusi nümayəndələr sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də hava nəqliyyatı ilə yük daşımaları üçün açılması barədə razılığa gəliblər: "Anlaşma anlaşmadır. Lakin onları yerinə yetirmək üçün idarələrimizin prosesi koordinasiya etməsi çox vacibdir”.

Qeyd edək ki, sərhədin üçüncü ölkələrin yerüstü yükdaşıma şirkətləri (və onların sürücüləri, müvafiq olaraq üçüncü ölkə vətəndaşları) üçün açılıb-açılmaması hələ ki dəqiqləşdirilməyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı müğənnini aldadıb yarım milyonluq torpağını əlindən alıblar

SONRAKI XƏBƏR

SOCAR və “Özbəkneftqaz” Azərbaycanda birgə hasilat imkanlarını araşdırır