“Ukraynaya NATO dövləti kimi yanaşmaq lazımdır, amma” – Kissincer yenə ikibaşlı danışdı

“Ukraynaya NATO dövləti kimi yanaşmaq lazımdır, amma” – Kissincer yenə ikibaşlı danışdı<span class="qirmizi"></span>

ABŞ-ın sabiq Dövlət katibi, beynəlxalq münasibətlər üzrə ekspert Henri Kissincer növbəti dəfə Ukrayna müharibəsi barədə danışıb və yenə birmənalı qəbul olunmayan fikirlər səsləndirib.

“AzPolitika.info” xəbər verir ki, “The Wall Street Journal”-a danışan 99 yaşlı politoloq yenə Ukraynadakı savaşın Rusiyaya ərazi güzəştlərilə bitməsinin mümkünlüyünü bildirib. O, deyib ki, münaqişənin elə həll yolunu tapmaq olar ki, Rusiyanın 2014-cü ildən sonra işğal etdiyi torpaqların onun ərazisinə qatılmasını nəzərdə tutsun.

Bununla yanaşı, Kissincer bildirib ki, Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərdən sonra bu ölkəyə NATO dövləti kimi yanaşmaq lazımdır.

Xatırladaq ki, may ayında Kissincer Ukraynanı Rusiyaya ərazi güzəştinə getməyə çağırmışdı. Volodimir Zelenskinin sərt cavabından sonra o, əvvəl dediklərini “malalamağa” çalışmışdı.

“AzPolitika.info”

Mənbə: azpolitika.info