Ermənistan parlamentinin sədri: “KTMT-dən çıxmaq barədə danışmamışıq”

Ermənistan parlamentinin sədri: “KTMT-dən çıxmaq barədə danışmamışıq”<span class="qirmizi"></span>

“Ermənistan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə danışmayıb”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasında bildirib.

Alen Simonyan təşkilatın Ermənistana münasibətindən narahat olduqlarını vurğulayıb.

Onun sözlərinə görə, KTMT-dəki bəzi müttəfiqlərinin rəsmi bəyanatları Ermənistanda təşkilata ictimai münasibətin ciddi dəyişikliklərə məruz qalmasına səbəb olub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olduğu dövrdə ölkəsinin bu təşkilatdan çıxmasını təklif etmişdi. O, təşkilatın İrəvanda keçirilən sonuncu sammitində isə yekun sənədi imzalamaqdan imtina edib.

Mənbə: report.az