Rusiyalı diplomatlar Avstriyadan çıxarılacaq.
Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən akkreditə olunmuş 4 rusiyalı diplomatın ölkədən çıxarılacağı barədə açıqlama yayıb.
Nazirlik bəyan edib ki, Rusiya səfirliyindəki 2 diplomat diplomatik statusları ilə bir araya sığmayan əməllərə yol verdiyinə, BMT-nin paytaxt Vyanadakı daimi nümayəndəliyindəki 2 diplomat isə “Qərargah haqqında razılaşma”ya uyğun olmayan hərəkətlər etdiyinə görə barələrində bu qərara gəlinib.
Diplomatlara Avstriyanı tərk etmək üçün bir həftə vaxt verilib.
Mehti Kamiloğlu