"Erməni lobbisinin maliyyəsi hesabına mövqeyini satan Avropa Parlamentinin deputatları..."

"Erməni lobbisinin maliyyəsi hesabına mövqeyini satan Avropa Parlamentinin deputatları..." <span class="qirmizi"></span>

 

“Qərbin marağının yalnız sülhdən ibarət olduğu sual altındadır”.

Bunu Qərbin Cənubi Qafqazda sülh çağırışlarının arxasında başqa maraqların olma ehtimalından danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qərbin Cənubi Qafqaz marağı birmənalı deyil:

“Mövcud Rusiya-Ukrayna müharibəsi fonunda Qərb enerji böhranı ilə üz-üzədir. Rusiyadan enerji asılılığından qurtulmaq üçün alternativ ölkələr axtarır. Həmin ölkələrdən biri isə Azərbaycandır. Azərbaycanla bu istiqamətdə əməkdaşlıq aparılır. Avropaya nəql edilən qaz və neftin miqdarının artırılması tələb olunur.

Hazırda Azərbaycanın Avropa ilə əlaqələri mükəmməl şəkildə inkişaf edir. Ancaq, təəssüf ki, siyasi məsələlərdə Avropa birmənalı yanaşma sərgiləmir. Səbəb erməni lobbisinin bu ölkələrdə güclü olması ilə bağlıdır. Erməni lobbisinin maliyyəsi hesabına mövqeyini satan Avropa Parlamentinin deputatları “konyak diplomatiya”sının təsiri altındadır.

Ermənistana sülh yolunda təzyiqlər göstərilsəydi, məsələ 27 il uzanmazdı. Hazırda Avropa Ermənistan maraqları çərçivəsində mövcud vəziyyətin qalmasının tərəfdarıdır. Xüsusilə Qarabağdakı separatçı rejimə Ermənistana görə dəstək verirlər. Bu baxımdan, Qərbin mövqeyinin doğru olmadığını düşünürəm.

Qərbin marağının yalnız sülhdən ibarət olduğu sual altındadır. Cənubi Qafqazda Qərbin müxtəlif maraqları var. Təşkilat daxilində bir mövqe göstərsələr də, fərdi şəkildə fərqli mövqenin şahidi oluruq. Son zamanlar Fransanın Ermənistan üzərindən regiona daxil olmağa çalışdığını müşahidə edirik. Təəssüf ki, Fransa və digər ölkələr Ermənistanın təsir altına düşə biləcəyini anladığı üçün bura daha çox fokuslanır. Ermənistan üzərindən öz maraqlarını təmin etməyə çalışır. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın Cənubi Qafqaza təsirinin azaldığını düşünən bu ölkələr regiona daxil olmaq istəyir”.

Nəsimi Ələsgərli

 

www.yenicag.az

Mənbə: yenicag.az