Zelesnki: "Putin qarşıdan gələn Sülh Sammitini pozmaq istəyir"

Zelesnki: "Putin qarşıdan gələn Sülh Sammitini pozmaq istəyir"

Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Sülh Sammitini pozmaq istəyir və buna nail olmaq üçün çox şey etməyə çalışır.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

Onun sözlərinə görə, Putin Sammiti pozmaq planlarından əlavə, bu Sammitin nəticələrindən qorxur.

“Dünya Rusiyanı sülhə və beynəlxalq təhlükəsizlik normalarına əməl etməyə məcbur etməyə qadirdir. Putinin bütün yalanlarına baxmayaraq, o, sözün geniş mənasında öz mühitindən asılıdır. Həm də beynəlxalq mühitdən”, - Zelenski qeyd edib.

Mənbə: apa.az