Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar

Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? –

İnternetdə “Zabitlər Tavuşdakı vəzifələrindən geri çəkilmək əmrini yerinə yetirməkdən imtina edirlər” başlığı ilə yayılan nəşr tamamilə yalandır, reallığa uyğun gəlmir.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirlik Ermənistan Silahlı Qüvvələri, onların komandirləri və digər şəxsi heyəti haqqında həqiqətə uyğun olmayan məlumatları dərc etməkdən çəkinməyə və yalnız idarənin rəsmi məlumatlarına əsaslanmağa çağırır.

Qeyd edək ki, mayın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinə səfər edib və orada MTN Sərhəd Qoşunlarının nümayəndələri ona Azərbaycanla sərhədin delimitasiyası prosesi barədə məruzə ediblər.

Tural

Mənbə: publika.az