Paşinyan: Dini-feodal təbəqənin Qarabağ ermənilərindən istifadə etməsinə imkan verilməyəcək

Paşinyan: Dini-feodal təbəqənin Qarabağ ermənilərindən istifadə etməsinə imkan verilməyəcək

“Dini-feodal təbəqənin Qarabağ ermənilərindən özlərinin maraqları naminə istifadə etmək cəhdlərinə imkan verilməyəcək”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

“Biz çox dözümlüyük və bunu gizlətmirik. Nümayiş etdirdiyimiz dözüm hökumətin zəifliyi kimi qəbul edilməməli, heç kimdə çaşqınlıq yaratmamalıdır. Ümid edirəm ki, bu bəyanatı ünvanladığım qruplar bizi anlayacaq və bizi başqa üsullardan istifadəyə vadar etməyəcəklər”, – deyə. N. Paşinyan fikirlərini yekunlaşdırıb.

Mənbə: apa.az