Nikolun imzası yox, erməni xalqının iradəsi vacibdir

Nikolun imzası yox, erməni xalqının iradəsi vacibdir

Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları əks edilib. Bu halda heç bir sülhdən danışmaq olmaz.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Elman Nəsirov deyib.

O qeyd edib ki, Azərbaycan üçün ən vacibi Nikol Paşinyanın imzasından da üstün erməni xalqının iradəsidir:

“Ona görə də erməni xalqı referenduma gedib Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bu, onlar üçün ən yaxşı çıxış yoludur”.

Mənbə: axar.az