Dərbəndin meri olmaq üçün müsabiqə elan edildi

Dərbəndin meri olmaq üçün müsabiqə elan edildi

Dərbənd Şəhər Deputatları Məclisinin çərşənbə günü keçirilən sessiyasında bələdiyyə sədri vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı müsabiqə elan edilib.

Bu barədə şəhər meriyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, şəhərin keçmiş meri Rustambek Pirmaqomedov iyunun 5-də öz istəyi ilə istefa verib. Hazırda şəhər meri vəzifəsini Əhməd Quliyev icra edib.

Mənbə: TASS

Mənbə: oxu.az