İranda koronavirusdan ölənlərin sayı 3036-ya çatıb

İranda koronavirusdan ölənlərin sayı 3036-ya çatıb

İranın Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpurun çərşənbə günü bildirdiyinə görə, son 24 saat ərzində ölkədə koronavirus səbəbindən 138 nəfər ölüb ki, bu da ölənlərin sayını 3036-a çatdırıb. Nazirliyin sözçüsü dövlət televiziyasına verdiyi açıqlamasında ölkədə 47593 yoluxma halının olduğunu deyib.

"Son 24 saat ərzində ölkədə 2987 yeni yoluxma halı olub və 15 473 nəfər müalicə olunub" - deyə, sözçü bildirib.

Çərşənbə günü İran prezidenti koronavirusun meydana gəldiyi bir vaxt ABŞ-ın onun ölkəsinə qarşı sanksiyalarını qaldırılması üçün tarixi bir fürsəti əldən verdiyini və buna baxmayaraq sanksiyaların virusa qarşı mübarizəyə mane olmadığını deyib.

Çərşənbə axşamı ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonun epidemiya ilə mübarizəyə yardım məqsədi ilə İran və digər ölkələrə qarşı sanksiyaların yüngülləşdirilməsini nəzərdən keçirmə ehtimalının olduğunu desə də, bunun nə vaxta planlaşdırdığı barədə heç bir məlumat verməyib.

"ABŞ sanksiyaların qaldırılması üçün ən yaxşı fürsəti əldən verdi" - deyə, Həsən Ruhani televiziya ilə nümayiş etdirilən iclasda bildirib. "Amerikalıların üzr istəməsi və İrana qarşı ədalətsiz sanksiyaların qaldırılması üçün əla bir fürsət idi" - deyə, o əlavə edib.

Çin və BMT ABŞ-ı koronavirusun 3000-dən çox insanın öıdüyü, 48000-ə qədər insanın yoluxduğu İrana qarşı tətbiq etdiyi sanksiyaları yüngülləşdirməyə çağırıb.

Mənbə: www.amerikaninsesi.org