"Aprel döyüşləri Ermənistan ordusu haqqında mifləri yox etdi"-RƏY

"Aprel döyüşləri Ermənistan ordusu haqqında mifləri yox etdi"-RƏY

Bugün "Aprel Döyüşləri" kimi tarixə düşən 4 günlük müharibənin ildönümüdür. Yəni, 2016-cı ilin aprel döyüşlərindən dörd il ötür. Dörd günlük müharibədə Azərbaycan əks hücuma keçərək strateji nöqtələri nəzarətə götürdü, böyük bir ərazidə işğalçı ordunun hərəkət trayektoreyasında nəzarəti ələ aldı. Həmçinin Ermənistan ordusu barədə mifləri yox etdi. Bu döyüşlərdən sonra erməni ordusu artıq qarşısında güclü döyüş qabiliyyətinə malik ordu ilə üz-üzə qaldığının fərqində oldu.

2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə bağlı politoloq Məhəmməd Əsədullazadə SONXEBER.AZ-a danışıb. Politoloq bildirib ki, Dörd günlük müharibə Ermənistanın siyasi-hərbi sisteminin laxlatdı və Qarabağ klanı bununla da siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Aprel döyüşləri Ermənistan ordusu arasında koordinasiyanın, maddi-texniki bazalarının çox acınacaqlı olduğunu üzə çıxardı. Azərbaycan Ermənistan üzərində siyasi-hərbi qələbə qazanaraq, erməni ictimaiyyətində qalib obrazı kimi xarakterizə olundu.

Ermənistan siyasiləri və ictimaiyyəti çox yaxşı başa düşdü ki, Rusiya faktoru olmasaydı, bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda və Laçında dalğalanacaqdı.
Həmin ilin yayında Sankt-Peterburqda əldə olunan razılaşma ilə Sarkisyan da bu plan üzrə hərəkət edəcəyini vurğuladı. Amma zaman keçdikcə, Azərbaycan tərəfini Moskva-Yerevan tandemi manipulyasiya etdi və danışıqlarda vaxt itkisi əleyhimizə işlədi.

Həmin vaxt ABŞ və Avropa Azərbaycanın ərazilərini işğaldan azad etməsində maraqlı idi. Çünki bununla da Rusiyanın regionda mövqeləri zəifləyəcək və Qərbin maraqları regionda güclənəcəkdi. Qeyd edim ki, Azərbaycan bu əks-hücumda Qərbin neytral qalacağından əmin idi.
Aprel döyüşlərindən sonra Ermənistan ordusu heç də səhvlərini 180 dərəcə düzəltməyib, ordunun döyüş qabiliyyəti və maddi-texniki bazası zəif olaraq qalır. Sadəcə cəbhə xəttində Mühəndis istehkam işləri görərək müdafiə səddini qurub.

Azərbaycan ordusu dörd il ərzində daha da güclənib, arsenalına yeni 5-ci nəsil silahlarla təchiz edib. Demək olar ki, dünyanın reytinq cədvəlində güclü ordu kimi sıralanmaya daxil olub. Ermənistan ordusu isə, yenə də Rusiyanın işlənmiş silahları ilə öz varlığını qorumağa çalışır.

Azərbaycan növbəti dəfə əks-hücuma keçsə, işğaldan azad etdiyi ərazilərdə möhkəmlənəcək və Moskvanın danışıqlar aparamaq cavabına Ankara ilə birgə hərəkət edə bilər".

F. Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az