Ayətullah Xamenei koronavirusa görə Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib

Ayətullah Xamenei koronavirusa görə Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib

Prezident Administrasiyasının təklifindən sonra Ayətullah Xamenei Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib...

Prezident Administrasiyasının təklifindən sonra Ayətullah Xamenei Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib.

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

Bildirilib ki, Prezident Administrasiyasının təklifindən 11 gün sonra Ayətullah Xamenei Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib.

Həsən Ruhani də son çıxışında bu addıma görə Ayətullah Xameneiyə təşəkkür edib.

İran prezidenti ayrılan məbləğin Səhiyyə Nazirliyinin ehtiyaclarına, işsizlərə dəstək və onların sığortalanmasına sərf edilməsi barədə göstəriş verib.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 3,700-ü ötüb və ölkədə bu virusa yoluxanlar 60 mindən yuxarıdır.

Mənbə: www.interaztv.com