Sanksiyaya qoşulsaydıq, məhv olardıq - Vulin

Sanksiyaya qoşulsaydıq, məhv olardıq - Vulin

Rusiyaya qarşı sanksiyalar Serbiyaya 15 milyard avroya başa gələrdi və bu cür itkilər ölkəni məhv olmaq riski ilə üz-üzə qoya bilər.

Bunu Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.

“Biz AB-nin Rusiyaya qarşı əsassız və isterik siyasətini izləsəydik, Serbiya birbaşa olaraq ən azı 15 milyard avro itirərdi və qurumda heç kimin bunu kompensasiya etmək ağlına belə gəlməzdi”, - o bildirib.

Mənbə: axar.az