"İnsanlar niyə bilikdən məhrumdurlar? Çünki liderinin biliyi azdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
O, özünə və hökumət üzvlərinə istinad edərək deyib: "Sanki 7 ildir birinci sinifdə qalmışam. Çünki birlikdə oxusaydıq, bu dediklərimi 6 il əvvəl deyərdim. İndi bu haqda danışmağım o deməkdir ki, hər birimiz 7 ildir birinci sinifdə oxuyuruq. İnsanlar bilikdən məhrumdur, niyə? çünki bizim biliyimiz azdır. Bu insanlara rəhbərlik edən bizik. Biz bu insanları yoxsulluğa, cəhalətə və sairə aparırıq".
Ağarza Elçinoğlu
Mənbə: unikal.az