Rubio Lavrovu Paris görüşü ilə bağlı məlumatlandırdı

Rubio Lavrovu Paris görüşü ilə bağlı məlumatlandırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, Parisdə olan ABŞ dövlət katibi rusiyalı həmkarına ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla birgə Ukrayna, Fransa və bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə görüşü barədə məlumat verib.

“Yuxarıda qeyd olunan təmasların Vaşinqton və Moskva arasında aparılmış məsləhətləşmələrin mövzularına, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə Stiven Uitkoffun Sankt-Peterburqda bu yaxınlarda baş tutan görüşünə uyğun olaraq baş tutduğu vurğulanıb”, - məlumatda vurğulanıb.

Mənbə: axar.az