Seneqal Azərbaycanın dövlət idarəçiliyi təcrübəsindən yararlanmaq istəyir

Seneqal Azərbaycanın dövlət idarəçiliyi təcrübəsindən yararlanmaq istəyir

Seneqal və Azərbaycan arasında dövlət idarəçiliyinin modernləşdirilməsi sahəsində əməkdaşlıq genişlənir.

Bunu ABŞ bürosuna açıqlamasında Seneqalın Dövlət Qulluğu üzrə Baş Direktoru İbrahima Dieng deyib.

İ.Dieng bildirib ki, hazırda Seneqalın Dövlət Qulluğu Nazirliyi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" arasında Anlaşma Memorandumunun imzalanması istiqamətində işlər aparılır:

“Biz artıq bu memorandumun yekun mərhələsindəyik və çox qısa müddətdə hər iki ölkə arasında müxtəlif fəaliyyətlərin mübadiləsi mümkün olacaq. Bu da öz növbəsində ölkələrin dövlət idarəçiliyinin əhəmiyyətli dərəcədə modernləşməsinə töhfə verəcək,” – seneqallı rəsmi qeyd edib.

İ.Dieng onu da vurğulayıb ki, bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb və bu istiqamətdə atılan addımlar xüsusilə təqdirəlayiqdir:

“Seneqal və Azərbaycan idarəetmənin modernləşdirilməsi sahəsində əməkdaşlıq istiqamətində artıq mühüm addımlar atırlar. Biz Azərbaycanın bu sahədə zəngin təcrübəsindən yararlanmağa çalışacağıq”.

Mənbə: report.az