Rusiya və ABŞ 7 saatlıq danışıqlarda razılığa gəldilər - BU BARƏDƏ

Rusiya və ABŞ 7 saatlıq danışıqlarda  razılığa gəldilər -

Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda keçirilən danışıqlar zamanı müsadirə edilmiş Rusiya diplomatik əmlakı məsələsi ilə bağlı yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfir Darçiyev Rusiya nümayəndələrinin müsadirə edilmiş diplomatik əmlaka dərhal çıxışının vacibliyini vurğulayıb”, - departament qeyd edib.

Mənbə: bizim.media