İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib

İsrail HƏMAS-a müvəqqəti atəşkəs təklif edib

İsrail Misir vasitəsilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifini çatdırıb.

Bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Qahirə İsrailin təşəbbüsü ilə bağlı artıq HƏMAS-ı məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir. "Al Hadath TV" televiziya kanalı bildirib ki, İsrail tərəfinin irəli sürdüyü şərtlərdən biri də HƏMAS-ın tərksilah edilməsidir.

Hərəkat hələlik bu məlumatı şərh etməyib.

Mənbə: az.trend.az