Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır.

Bu sözləri jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Əvvəllər dediyim kimi, Müstəqillik Bəyannaməsinin mətnini oxuyanda görürük ki, orada deyilir ki, Ermənistanın müstəqil dövlətçiliyi ola bilməz. Bu, mümkün deyil. Ona görə də deyə bilmərəm ki, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmalıdır. Yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır. Amma qərarı Ermənistan xalqı verir. Təbii ki, siyasi qüvvələr lehinə və əleyhinə arqumentlər irəli sürürlər”, - o bildirib.

Qeyd edək ki, Azərbaycanın sülh sazişi imzalamaq üçün tələblərindən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Çünki Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycana ərazi iddiaları əksini tapıb.

Mənbə: axar.az