Lavrov Araqçı ilə görüşəcək

Lavrov Araqçı ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan iranlı həmkarı Abbas Araqçı ilə danışıqlar aparacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edək ki, Abbas Araqçı bu gün Rusiyaya rəsmi səfər edib. Onun səfəri aprelin 18-nə qədər davam edəcək.

Mənbə: qafqazinfo.az