Yeni icra başçısının ingilis dilində çıxışı müzakirələrə səbəb oldu - VİDEO

Yeni icra başçısının ingilis dilində çıxışı müzakirələrə səbəb oldu - VİDEO

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun 2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında ingilis dilində çıxışı müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, videonu jurnalist Eynulla Fətullayev paylaşıb.

S.Orucovun çıxışı zamanı onun sözləri düzgün tələffüz etmədiyi diqqət çəkib.

Qeyd: S.Orucov beynəlxalq tədbirdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri kimi çıxış edib.

Mənbə: konkret.az