Cavad Zərifin amerikalı rəsmi ilə görüşdüyü təsdiqləndi

Cavad Zərifin amerikalı rəsmi ilə görüşdüyü təsdiqləndi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin məhbus mübadiləsi üçün ABŞ-ın keçmiş Nyu Meksiko ştatı qubernatoru Bill Riçardson ilə görüşdüyü təsdiqlənib.
Bu barədə ölkənin rəsmi qəzeti "İran"a danışan Xarici İşlər Nazirliyi mətbuat katibi Abbas Musəvi açıqlama verib.

O, Cavad Zərifin bir neçə ay öncə məhbus mübadiləsi üçün Riçardsonla görüşdüyünü bildirib.
Musəvi ABŞ və müttəfiqi olan ölkələrdəki iranlı məhbusların sərbəst buraxılması üçün göstərinən səylərə müsbət cavab verdiklərini, bunları məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.

Mənbə: eastnews.org