Prezident Tunisdə baş verənlər barəsində xəbərdarlıq etdi

Prezident Tunisdə baş verənlər barəsində xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Tunis Prezidenti Qeys Səid ölkənin cənubunda baş verən aksiyalara münasibət bildirib.

Qeys Səid açıqlamasında vurğulayıb ki, ölkəni daxildən parçalamaq istəyən qüvvələr var.

"Təhlükəsizlik qüvvələri ehtiyyatlı olmalıdırlar. Dövlətimizi dağıtmaq istəyirlər. Biz bunun qarşısında dayanacağıq", - deyə Qeys Səid diqqətə çatdırıb.

O qeyd edib ki, ölkənin sabitliyinin qorunması üçün bütün addımlar atılacaq.

Mənbə: AA

Mənbə: eastnews.org