Ermənistanda heç vaxt bu cür zəif və nizamsız Milli Təhlükəsizlik Xidməti olmayıb

Ermənistanda heç vaxt bu cür zəif və nizamsız Milli Təhlükəsizlik Xidməti olmayıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyət əleyhdarlarına qarşı mübarizəyə aktiv şəkildə cəlb olunub. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazır.
Ermənistanda belə bir təəssürat yaranıb ki, bu xidmət öz əsas missiyasından, yəni xarici təhdidlərə və problemlərə qarşı mübarizə aparmaqdan başqa hər şeylə məşğul olur.
Nəşr qeyd edir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti şeytanlarla və Ermənistan hakimiyyətinə turş söz deyənlərin ovlanması ilə məşğul olduğu müddətcə, Ermənistan əhalisinin şəxsi məlumatları azərbaycanlıların əlinə keçir və bu məlumatlar internetdə yayılır.
“Ermənistanda heç vaxt bu cür zəif və nizamsız Milli Təhlükəsizlik Xidməti olmayıb”, - deyə nəşr əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az