Kim Çen İn: Hamıya buğda paylayın...

Kim Çen İn: Hamıya buğda paylayın...

Şimali Koreya lideri Kim Çen İn Hvanxe-Namdo kəndinin bütün sakinlərinə buğda paylamağı tapşırıb.

Axar.az xəbər verir ki, buna səbəb sözügedən kəndin daşqınlara məruz qalması olub.

Kim Çen İn dağılmış binaların bərpası üçün zəruri tikinti materiallarının tədarükü ilə bağlı tapşırıq verib.

“Prioritet məsələ kəndin normal həyatını ən qısa müddətdə sabitləşdirməkdir. Bunun üçün yataq çantaları, gündəlik ehtiyacların, dərmanların və digər zəruri əşyaların sürətli çatdırılması təşkil edilsin. Bundan əlavə kömək məqsədilə kəndin bütün sakinlərinə buğda paylanılsın”, – Şimali Koreya lideri qeyd edib.

Mənbə: axar.az