ABŞ Rusiya və Çinə İran barədə xəbərdarlıq etdi

ABŞ Rusiya və Çinə İran barədə xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Keli Kraft Rusiya və Çini İrana silah embarqosunun davam etdirilməsinə qarşı çıxmamağa çağırıb.

Kraft Nyu-Yorkda mətbuat nümayəndələri ilə görüşdə Moskva və Pekin administrasiyasının ABŞ-ın embarqonun qeyri-müəyyən müddətə uzadılması təklifinə etirazlarını dəyərləndirərək, "Ümid edirik ki, Rusiya və Çin terrorizmin bir nömrəli dəstəkçisinə dayaq olmayacaq", - söyləyib.

Hər iki ölkənin bu mövzuda həmrəylik göstərəcəyini proqnozlaşdırdığını deyən Kraft "Öz sərhədlərindən kənarda qarşıdurma, xaos və qeyri-sabitliyi artıracaq addımları dəstəkləyirlər. Buna görə də biz onlara qarşı çıxmalıyıq", - deyə bildirib.

Mənbə: AA

Mənbə: eastnews.org