Zabratda tullantılar yığılmış sahə yanır

Zabratda tullantılar yığılmış sahə yanır

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: qafqazinfo.az