Yəmən sahillərində yük gəmisinə hücum edildi

Yəmən sahillərində yük gəmisinə hücum edildi

Qırmızı dənizin Yəmən sahillərində yük gəmisinə hücum edilib.

Teleqraf-a istinadla xəbər verilir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, mərmi Qırmızı dənizin cənubunda yük gəmisinə dəyib, nəticədə bir neçə nəfər yaralanıb.

Hücumun haradan təşkil edildiyi açıqlanmayıb.

Mənbə: publika.az