Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib

Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib

Kolumbiyanın qərbində bazar ertəsi 7,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində, Boqotadan təxminən 280 kilometr məsafədə olub.

İlkin məlumatlara görə, ciddi dağıntı və tələfat qeydə alınmayıb.

Mənbə: apa.az