Kanadanın Kvebek əyalətində helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Bu barədə hüquq-mühafizə orqanlarına istinadla “CBC” telekanalı məlumat yayıb.
Bildirilib ki, aviaqəza bir gün əvvəl Monreal şəhərindən 55 kilometr aralıda baş verib. Hava gəmisinin düşdüyü yerdə yanğın başlayıb, o, operativ şəkildə söndürülüb. Qəza nəticəsində göyərtədə olanların hamısı ölüb.
Hüseyn İbadlı
Mənbə: publika.az