Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusua cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, mina partlayışında xəsarət alan şəxsin sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, 1966-cı il təvəllüdlü şəxs dünən saat 20:30 radələrində Cəbrayıl rayonu ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Mənbə: az.trend.az