Azərbaycan Kubokunda 1/8 final mərhələsində daha bir matç keçirilib.
“Qafqazinfo” xəbər verir ki, növbəti qarşılaşma “Zirə” və “Turan Tovuz” komandaları üz-üzə gəlib. Matç bakılıların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, buna qədər “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” və “Səbail” 1/4 finala adlayıb. Sabah isə “Qarabağ” - MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
20 dekabr
17:00. “Zirə” – “Turan Tovuz” 2:1
Qol: Felipe, 82, Rüstəm Əhmədzadə, 88 - Otto Con, 4
Mənbə: qafqazinfo.az