Kadinin “Qarabağ”a qayıtması mümkün deyil

Kadinin “Qarabağ”a qayıtması mümkün deyil

"Krasnodar"ın futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Braziliyalı futbolçunun qışda Ağdam klubuna icarəyə veriləcəyi iddia edilir.

Məsələ ilə bağlı futbolçunun meneceri Helsio Alisk açıqlama verib. O, 30 yaşlı futbolçunun hazırda qayıtmasının mümkün olmadığını deyib:

"Kadi "Qarabağ"ı sevir. Amma onun bu komandaya icarəyə verilməsi indiki məqamda mümkün deyil. Çünki "Krasnodar" onun üçün “Qarabağ”a 5 milyon ödəyib. Bundan sonra isə onun icarəyə götürülməsi isə heç də asan məsələ deyil".
Qeyd edək ki, Kadinin “Krasnodar”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media