Belarusun dövlət mediasının "YouTube" kanalları silinib

Belarusun dövlət mediasının "YouTube" kanalları silinib

“Google” beynəlxalq sanksiyalar səbəbindən Belarusun dövlətə məxsus üç “YouTube” kanalını, "BELTA" agentliyinin, həmçinin "ONT" və "STV" telekanallarının kanallarını silib.

Bu barədə "BELTA" məlumat yayıb.

Agentlik vurğulayıb ki, "YouTube" platformasına sahib olan “Google” bu addımla bağlı heç bir izahat verməyib.

Belarusun İnformasiya Nazirliyi isə bu addımı dost olmayan və əsassız bir addım kimi qiymətləndirib. Belə ki, həmin KİV-lər sanksiya siyahılarına daxil edilməyib.

Qurum qeyd edib ki, cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Mənbə: az.trend.az