Bu ölkələr daha çox neft hasil edə bilər, lakin...

Bu ölkələr daha çox neft hasil edə bilər, lakin...

OPEK+ ölkələri hazırda daha çox neft hasil edə bilərlər, lakin hasilat səviyyələrini məhdudlaşdırırlar.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak OPEK+ ölkələrinin görüşündə deyib.

“Həm Rusiya, həm Səudiyyə Ərəbistanı, həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Küveyt bu gün daha çox neft hasil edə bilərdi. Bizim potensial yataqlarımız və onların işlənməsi üzrə qrafiklərimiz var, lakin hasilatı məhdudlaşdırırıq”, – deyə o bildirib.

Novak əlavə edib ki, ticarət müharibələri və proqnozlardan aşağı olan iqtisadi artım dünya üzrə neftə tələbatın təmin olunmasına təsir göstərir.

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, 8 OPEK+ ölkəsi 2024-cü ilin əvvəlindən etibarən neft bazarında balansı qorumaq üçün gündəlik hasilatı 2,2 milyon barrel azaldaraq könüllü məhdudiyyətlər tətbiq edirdi. 2025-ci ilin aprelindən etibarən bu ölkələr hasilatı tədricən artırmağa başlayıblar.

Mənbə: axar.az