Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırıldı

Bakı metrosunda enerjinin verilməsində məhdudiyyətlər tam aradan qaldırıldı

Metronun "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksəkgərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Məlumata görə, qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb:

"Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir".

Mənbə: yenisabah.az