Bakıda bu ərazidə yeni park salınır

Bakıda bu ərazidə yeni park salınır

Son illər ərzində paytaxt Bakı şəhərində 400-ə yaxın yeni park salınıb və bəzi parkların ərazisi artırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, "Sevgililər Parkı"nın ərazisi daha da genişləndiriləcək. Belə ki, yaxınlıqda olan boş sahələr də parkın inzibati ərazisinə daxil ediləcək.

Bundan başqa, paytaxtda 5 ha ərazidə yeni salınacaq parkın da layihəsi hazırlanacaq. Həmçinin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri aparılacaq.

BŞİH layihələrin hazırlanmasını "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, layihələrin hazırlanması 3 milyon manata başa gələcək.

Xezerxeber.az-a istinadən videomaterialı təqdim edirik:

Mənbə: metbuat.az