"Amerika Birləşmiş Ştatları Çini ticarət tarifləri ilə qorxuda bilməyəcək".
Xəbər verir ki, bunu Çinin ABŞ- dakı səfiri Si Fen səfirliyin açıq qapı günündə çıxışı zamanı deyib .
"Lakin bizi qorxutmaq olmaz. Biz təkcə öz qanuni hüquq və maraqlarımızı deyil, həm də beynəlxalq ticarət nizamını qoruyuruq", - o qeyd edib.
Se Fen vurğulayıb ki, Çin maliyyə bazarlarına zərbə vuran və qlobal iqtisadi artımı yavaşlatan “tarif müharibəsi”ni başlatmayıb. Baryerlərin qoyulması yalnız ümumi artımın qarşısını alır.
Diplomat onu da qeyd edib ki, xalqlar bir-biri ilə əlaqə yaratdıqda çiçəklənir.
"Onlar özlərinə qapandıqları zaman geridə qalırlar", - Se Fen əlavə edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu məsələlərdə danışıqlar aparmaq niyyətindədirsə, Çinlə bərabərhüquqlu dialoq qurmalıdır.
Hüseyn İbadlı
Mənbə: publika.az