Bakı niyə Qafqazın “Kiçik Las-Veqas”ı olmasın? - Video

Bakı niyə Qafqazın “Kiçik Las-Veqas”ı olmasın? - Video

Gürcüstanda turizmin inkişafinda böyük rol oynayan sahələr arasında kazinolar liderlik edir.

Ölkə iqtisadiyyatının əsas gəliri də məhz bu sahə ilə bağlıdır.

Belə ki, “Kiçik Las-Veqas” kimi tanınan Batumidə 67, paytaxt Tbilisidə isə 6 kazino fəaliyyət göstərir.

Gürcüstan Oyun Biznesi Assosiyasiyasının rəhbəri “Xəzər Xəbər”ə bildirib ki, xüsusən BƏƏ, Azərbaycan və Türkiyə vətəndaşları mərc oyunları üçün Gürcüstana üz tutur:

“Qumar oyunları üçün gələn xarici vətənadaşlar burada kazino ilə yanaşı bütün turizm imkanlarından yararlana bilirlər. Bu isə öz növbəsində ölkəmizdə turizmin və iqtisadiyyatın inkişafı üçün əvəzsiz şərait yaradır. Qeyd edim ki, Gürcüstana gələn qumar həvəskarları arasında çoxsaylı Azərbaycan vətəndaşları da var”.

Ətraflı videomaterialda:

Mənbə: qafqazinfo.az