Kremldən hava məkanında atəşkəslə bağlı təklifə REAKSİYA

Kremldən hava məkanında atəşkəslə bağlı təklifə

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və ABŞ arasında hava məkanında döyüşlərin dayandırılması ilə bağlı razılaşmaların müzakirə edildiyi barədə xəbərləri şərh etməyin tez olduğunu deyib.

Peskov bildirib ki, Ukrayna ilə bağlı yeni mümkün təkliflərə münasibət onların Rusiyanın maraqlarına nə dərəcədə uyğun olacağından asılı olacaq.

“Ukrayna ilə bağlı yeni mümkün təkliflərə reaksiya onların Rusiya Federasiyasının maraqlarına nə dərəcədə cavab verməsindən asılı olacaq”, – deyə Peskov bildirib.

Mənbə: bizim.media