Türkiyəyə məxsus F-16 qırıcıları NATO missiyası çərçivəsində Baltikyanı ölkələrin hava məkanının qorunması üçün sutka boyu patrul xidməti həyata keçirəcək.
Yerli mediada yayılan məlumata görə, beş türk F-16 qırıcısı və 76 hərbçi Estoniyada yerləşdiriləcək.
Hərbi kontingent NATO-nun Baltikyanı ölkələrin hava məkanında patrulluq missiyası çərçivəsində fəaliyyət göstərəcək.
Əməliyyata hazırlıq Türkiyə Hərbi Hava Qüvvələrinin Diyarbəkirdə yerləşən 8-ci Əsas Aviasiya Bazasının komandanlığında aparılır.
Bizim.Media
Mənbə: bizim.media