“Zelenski tezliklə Trampın sevimli siyasətçisinə çevriləcək” - VİDEO

“Zelenski tezliklə Trampın sevimli siyasətçisinə çevriləcək” -

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın rəğbətini qazana biləcəyini bildirib.

Sikorskinin sözlərinə görə, Tramp qalibləri sevir və Ukraynanın döyüş qabiliyyətini gözləniləndən daha yüksək qiymətləndirə bilər.

“Prezident Tramp qalibləri sevir. Görünür, Ukrayna onun düşündüyündən daha güclü olduğunu göstərib. Ukrayna öz raketləri və pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın ərazisinə dərin zərbələr endirir. Buna görə də Vladimir Zelenskinin tezliklə onun sevimli siyasətçisinə çevriləcəyinə təəccüblənmərəm”, – deyə Sikorski bildirib.


Mənbə: bizim.media