ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyib

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyib

ABŞ Senatı Rusiyaya qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu qanun layihəsinin müzakirəsinin davam etdirilməsini dəstəkləyib.

Prosedur səsverməsi zamanı 82 senator qanun layihəsinin lehinə, 12 senator isə əleyhinə səs verib.

Məlumata görə, səsvermənin nəticələri qanun layihəsinin Senatda qəbul olunması üçün kifayət qədər geniş dəstəyin olduğunu göstərir.

Qanun layihəsi üzrə yekun səsvermənin dəqiq tarixi hələ açıqlanmayıb. Onun gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Bundan sonra Senat avqustun 10-dan sentyabr ayınadək yay tətilinə çıxacaq.

Qanun layihəsinə Nümayəndələr Palatasında isə yalnız sentyabr ayında baxılması gözlənilir.

Mənbə: azertag.az