Trampın kürəkəni siyasətdən gedir

Trampın kürəkəni siyasətdən gedir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner siyasətdən gedir.

Axar.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, Kuşner bundan sonra özünün yaratdığı investisiya şirkətindəki işlərlə məşğul olacaq. “Affinity Partners” adlı şirkətin mənzil-qərargahı Mayami şəhərində yerləşəcək. Şirkətin bir filialı da İsraildə açılacaq.

Mənbə: axar.az