İraqlı deputat: "Biz terrora və ekstremizmə qarşı birgə mübarizə aparmalıyıq"

İraqlı deputat: "Biz terrora və ekstremizmə qarşı birgə mübarizə aparmalıyıq"<span class="qirmizi"></span>

"Biz terrora və ekstremizmə qarşı birgə mübarizə aparmalıyıq".

“Report”un xəbərinə görə, bunu İraq Nümayəndələr Şurasının sədr müavini Şahavan Abdulla Əhməd Təlabani Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, İraqda hazırda ciddi problemlər var: "Biz terrorizmdən ən çox əziyyət çəkən bir ölkəyik. İraq bu konfransı yüksək qiymətləndirir və üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik. İraq Qoşulmama Hərəkatının fəaliyyətində aktiv iştirak edir və təşkilat çərçivəsində öz öhdəlikərinə sadiqik”.

Mənbə: report.az