Türkiyədən ABŞ-a: Vədinə əməl et!

ABŞ Türkiyənin Suriyada mümkün hərbi əməliyyatı ilə bağlı anlayış göstərməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar ABŞ tərəfinin belə bir əməliyyata etirazına cavab olaraq deyib.

“ABŞ bizdən yenidən dəyərləndirməyi istədi. Biz öz narahatlığımızı, fikirlərimizi çatdırdıq və vədlərinə əməl etmələrini xahiş etdik. Bizi anlamalı olduqlarını vurğuladıq”, - deyə Akar jurnalistlərə bildirib.

Qeyd edək ki, Pentaqon rəhbəri Lloyd Ostin H.Akarla telefon söhbətində Ankaranın Suriyadakı mümkün əməliyyatına qarşı olduqlarını söyləmişdi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Fransa qışa “hazırdır”: 10 milyon insan işıqsız qalacaq

SONRAKI XƏBƏR

Azərbaycan və Aİ arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub