“Sabah” “Kəpəz”ə məğlub oldu

“Sabah” “Kəpəz”ə məğlub oldu

Azərbaycan Premyer Liqasının XXIX turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə “Sabah” evdə “Kəpəz”lə qarşılaşıb.

Matç Gəncə təmsilçisinin səfər qələbəsiylə yekunlaşıb. Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.

Qeyd edək ki, “bayquşlar” 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.

Mənbə: qafqazinfo.az