Bu gün "Şamaxı" "Neftçi"ni sınağa çəkəcək

Bu gün "Şamaxı" "Neftçi"ni sınağa çəkəcək

Bu gün Misli Premyer Liqasında XXIX tura iki qarşılaşma ilə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə "Şamaxı" "Neftçi"ni, "Araz-Naxçıvan" isə "Sumqayıt"ı qonaq edəcək.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Zirə"ni, "Kəpəz" isə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib. "Səbail" - "Turan Tovuz" matçında isə komandalar qolsuz heç-heçəyə razılaşıblar - 0:0.


7 aprel

Misli Premyer Liqası

XXIX tur

Saat 15:30, "Şamaxı" - "Neftçi",

Saat 18:00, "Araz-Naxçıvan" - "Sumqayıt".

Bizim.Media

Mənbə: bizim.media