Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək Avropa çempionatına qatılacaq daha bir azərbaycanlı cüdoçunun adı müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında qeyd olunub.
Məlum olub ki, 90 kq çəki dərəcəsində ölkəmizi Murad Fətiyev təmsil edəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək müddəti əhatə edəcək.
Mənbə: qafqazinfo.az